...

“ADA” Universiteti Azərbaycanı II Beynəlxalq Univizion Tələbə Mahnı müsabiqəsində təmsil edəcək (FOTO)

Mədəniyyət Materials 22 Aprel 2014 12:08 (UTC +04:00)
“ADA” Universiteti Azərbaycanı II Beynəlxalq Univizion Tələbə Mahnı müsabiqəsində təmsil edəcək.
“ADA” Universiteti Azərbaycanı II Beynəlxalq Univizion Tələbə Mahnı müsabiqəsində təmsil edəcək (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

"ADA" Universiteti Azərbaycanı II Beynəlxalq Univizion Tələbə Mahnı müsabiqəsində təmsil edəcək. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, "ADA" Universiteti 14 təhsil müəssisəsinin qatıldığı III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin qalib olaraq, Azərbaycanı II Beynəlxalq "Univision" Tələbə Mahnı Müsabiqəsində təmsil edəcək.

Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi aprelin 21 - də Heydər Əliyev adına Sarayda keçirilib. Gənclər və idman naziri Azad Rəhimov artıq üçüncü dəfədir ki, baş tutan "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin böyük tələbə axınını bir araya gətirdiyini qeyd edib: "Bu gün ölkədə reallaşdırılan dövlət gənclər siyasəti, istedadlı gənclərin də inkişafını dəstəkləyir. Yaradıcı, istedadlı, yeni ideyalara açıq gənclər daim diqqət və qayğı ilə əhatə olunub".

III "Univiziya" Tələbə Mahnı Müsabiqəsində iştirak etmiş 22 təhsil ocağı arasında səsvermə keçirilib. Səsvermənin yekun nəticələrinə görə, 168 xalla "ADA" Universitetinin təmsilçisi Günay Bədəlova I yerə layiq görülüb. Eyni xalı (152 xal) topladıqlarına görə Bakı Dövlət və Bakı Slavyan Universitetlərinin təmsilçiləri Əlihüseyn Quluzadə və Kəmalə Novruzova II yeri öz aralarında bölüşdürüblər. 98 xalla Azərbaycan Dövlət Neft Akademiyasının "Old Academy" qrupu III yerə sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti