...

Nizami Kino Mərkəzində yeni üç Amerika filminin nümayişi başlanıb

Mədəniyyət Materials 2 Oktyabr 2014 10:58 (UTC +04:00)
Nizami Kino Mərkəzində oktyabrın 2-dən etibarən “Paris: ölülər şəhəri”, “Yox olmuş” və “Anabelin lənəti” adlı filmlərin nümayişinə başlanıb.
Nizami Kino Mərkəzində yeni üç Amerika filminin nümayişi başlanıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Nizami Kino Mərkəzində oktyabrın 2-dən etibarən "Paris: ölülər şəhəri", "Yox olmuş" və "Anabelin lənəti" adlı filmlərin nümayişinə başlanıb.

Trend xəbər verir ki, rejissor Con Erik Daudalın çəkdiyi " Paris: Ölülər şəhəri" filmi dəhşət saçan trillerdir. Yaş məhdudiyyəti: 18+.

Eyfel qülləsinin möhtəşəmliyi, Yelisey zəmilərinin rəngarəngliyi, nəfis fransa mətbəxinin ətri və hətta şəhər butiklərinin cazibəsi Parisin yalnız gözə görünən tərəfidir.

Şəhərin görünməyən üzü olan sonsuz katakombalarda isə bu dünyanın əsl sahibləri yaşayır.

Filmdə rolları Ben Feldman, Edvin Xoc, Perdita Viks, Fransua Sivil, Ali Maxyar, Kosme Kastro, Hamid Cavidan, Emi Levi və digər aktyorlar canlandırıblar.

"Anabelin lənəti" filmini Qari Dobermanın ssenarisi əsasında rejissor Con R. Leonetti lentə alıb. Dəhşət janrında çəkilmiş filmin yaş məhdudiyyəti: 18+.

Con həyat yoldaşı üçün ideal hədiyyə - ağ gəlinlikdə olan nadir antik kukla alır. Lakin hədiyyə sevinci çox çəkmir. Gecələrin birində, şeytana sitayiş edən təriqət üzvləri onların evinə basqın edir.

Filmdə rolları Annabell Uollis, Elfri Vudard, Erik Ladin, Mişel Romano, Uord Xorton və başqa aktyorlar ifa edib.

Üçüncü, "Yox olmuş" filmidə amerika kinematoqrafçılarının istehsalıdır. Gillian Flinnin ssenarisi əsasında rejissor Devid Finçerin ekranlaşdırdığı film triller, dram və kriminal janrındadır. Yaş məhdudiyyəti: 16+.

Evliliklərinin 5 illik yubileyini qeyd etməyə hazırlaşan ailənin xanımı yoxa çıxır. Mübarizə və pis silinmiş qan izləri ilə yanaşı bu müəmmalı sirrin açılmasına, ağıllı və hədsiz dərəcədə ixtiraçı olan qadının hər il əri üçün hazırladığı oyunun ip ucları kömək olur...

Rollarda yaraşıqlı Ben Afflek, Rozamund Payk, Nil Patrik Harris, Missi Payl, Kerri Kun və digər aktyorlar çəkilib.

Filmlər və kinomərkəzdə keçiriləcək tədbirlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti