...

Azərbaycanın məşhur xanəndəsi Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyi qeyd olunacaq

Mədəniyyət Materials 2 Oktyabr 2014 12:11 (UTC +04:00)
Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqimizin qədim tarixi köklərə malik ənənələrini layiqincə yaşadıb
Azərbaycanın məşhur xanəndəsi Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyi qeyd olunacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 3 oktyabr 2014-cü il tarixində saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, ifaçılar Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqaları çıxış edəcəklər.

Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqimizin qədim tarixi köklərə malik ənənələrini layiqincə yaşadıb, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyət xəzinəsinə qiymətli töhfələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti