...

İtalyan aktrisa Bakıya gələcək

Mədəniyyət Materials 20 Oktyabr 2014 10:54 (UTC +04:00)
Oktyabr ayının 20-dən 25-dək “28 Cinema” kinoteatrında keçiriləcək İtalyan Film Festivalının fəxri qonağı “Böyük Gözəllik” (“La grande belezza”) filminin baş qəhrəmanı olan İtaliyanın məhşur aktrisası Anita Kravos olacaq.
İtalyan aktrisa Bakıya gələcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Oktyabr ayının 20-dən 25-dək "28 Cinema" kinoteatrında keçiriləcək İtalyan Film Festivalının fəxri qonağı "Böyük Gözəllik" ("La grande belezza") filminin baş qəhrəmanı olan İtaliyanın məhşur aktrisası Anita Kravos olacaq.

Trend xəbər verir ki, film 2013-ci ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə "Oskar" və "Qızıl Qlobus" kimi mükafatlara layiq görülüb. İltalyan mədəniyyəti və kinosu həvəskarları 20 oktyabr tarixindən premium kinoteatr olan "28 Cinema"da bir çox avropa festivallarının iştirakçısını görmək şansı qazanacaqlar.

Festivala biletləri kinoteatrın kassalarında və ya onlayn olaraq kinoteatrın rəsmi saytında əldə etmək olar. Qeyd edək ki, biletlərin 1 AZN-dır. Nümayişlərin cədvəlini www.28cinema.az/festival səhifəsindən və ya 012 499 89 88 və 119 nömrələrindən öyrənmək olar.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər ilə təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti