...

Azərbaycan naşirləri İstanbul Beynəlxalq Kitab Sərgisində

Mədəniyyət Materials 31 Oktyabr 2014 19:15 (UTC +04:00)
Azərbaycan naşirləri İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcəklər.
Azərbaycan naşirləri İstanbul Beynəlxalq Kitab Sərgisində

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

8-11 noyabr 2014-cü il tarixdə Türkiyənin İstanbul şəhərində XXXIII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Builki sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, "Hədəf Nəşrlər Evi", "Qələm" və "Altun kitab" nəşriyyatlarının əməkdaşlarından ibarət heyət təmsil edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan stendində dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, zəngin mədəniyyət və incəsənətimizə dair 400 addan çox, 800 nüsxəyə yaxın Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm haqqında müxtəlif bukletlər, eyni zamanda, 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə bağlı nəşrlər yerləşdiriləcək, ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks olunduğu broşür və bukletlər təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti