...

Bir sıra musiqi məktəblərinə yeni direktorlar təyin edildi

Mədəniyyət Materials 3 Dekabr 2014 18:06 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi sistemində olan bir sira təhsil müəssisələrində kadr dəyişiklikləri olub.
Bir sıra musiqi məktəblərinə yeni direktorlar təyin edildi

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Mədəniyyət və Turizm Nazirliyi sistemində olan bir sira təhsil müəssisələrində kadr dəyişiklikləri olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən məktəblərin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi işinin uğurla davam etdirilməsi daha fəal və təşəbbüskar rəhbərlərin işə cəlb edilməsini zəruri edir.

Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində rəhbər kadr potensialının gücləndirilməsi, yeniləşdirilməsi, onların rotasiya yolu ilə yerdəyişməsi prosesi sahəsində müvafiq islahatların aparılması işi davam edir.

Nazirliyin müvafiq əmrləri ilə Bakı şəhər Ə.Bakıxanov adına 6, S.Rüstəmov adına 13, 14, 32 nömrəli uşaq musiqi, 24 nömrəli onbirillik musiqi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəblərinə yeni direktorlar təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti