...

“Azərbaycan ailəsi-2015” film festivalına start verilib

Mədəniyyət Materials 24 Dekabr 2014 14:43 (UTC +04:00)
Festival çərçivəsində “Həyatdan şəkilə” mövzusunda foto müsabiqə də keçirilir.
“Azərbaycan ailəsi-2015” film festivalına start verilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Dekabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan ailəsi 2015" film festivalına start verilib. Bu barədə Trend Heydər Əliyev Fondunn saytına istinadən məlumat verib.

Festival çərçivəsində "Həyatdan şəkilə" mövzusunda foto müsabiqə də keçirilir.

2009-cu ildən təşkil olunan festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti