...

Rumıniya milli televiziyasında Azərbaycana 4 veriliş həsr olunacaq

Mədəniyyət Materials 9 May 2015 00:27 (UTC +04:00)
Rumıniyanın "TVR" milli televiziya şirkətinin "Cap Compas" proqramının nümayəndə heyəti 2015-ci ilin 7-14 may tarixlərində Azərbaycanda səfərdədir.
Rumıniya milli televiziyasında Azərbaycana 4 veriliş həsr olunacaq

Azərbaycan, Bakı, 9 may /Trend/

Rumıniyanın "TVR" milli televiziya şirkətinin "Cap Compas" proqramının nümayəndə heyəti 2015-ci ilin 7-14 may tarixlərində Azərbaycanda səfərdədir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycana həsr olunan 4 müxtəlif verilişin hazırlanması nəzərdə tutulub. Qonaqlar paytaxt Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Naftalan şəhərinin tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar. Həmçinin, jurnalistlərin "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustan Milli Tarix Bədii Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Şəki Xan Sarayı", "Nizami" məqbərəsinə ziyarətləri də təşkil olunacaq.

Eyni zamanda, "TVR" milli televiziyasının nümayəndələri tərəfindən Bakı şəhərində I Avropa Oyunlarının hazırlığı və oyunların keçiriləcəyi məkanlarda bir sıra çəkilişlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan haqqında hazırlanan verilişlərin iyun ayından etibarən yayımlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti