...

Azərbaycanlı skripkaçının solistliyi ilə Meksika Ştatı Simfonik Orkestrinin konserti olub (FOTO)

Mədəniyyət Materials 10 May 2015 18:42 (UTC +04:00)
Meksikanın Toluka şəhərində hazırda Meksikada yaşayan tanınmış azərbaycanlı skripka ifaçısı Nana Babayevanın solistliyi ilə Meksika Ştatı Simfonik Orkestrinin (Orquesta Sinfonica del Estado de Mexico) konserti olub.
Azərbaycanlı skripkaçının solistliyi ilə Meksika Ştatı Simfonik Orkestrinin konserti olub (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Meksikanın Toluka şəhərində hazırda Meksikada yaşayan tanınmış azərbaycanlı skripka ifaçısı Nana Babayevanın solistliyi ilə Meksika Ştatı Simfonik Orkestrinin (Orquesta Sinfonica del Estado de Mexico) konserti olub.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, N.Babayeva bu görkəmli konsertin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününə həsr olunduğunu qeyd edib.

Toluka şəhərinin Felipe Villanueva musiqi zalında keçirilmiş konsert proqramı zamanı xalqımızın böyük bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun "Muğam poeması" adlı əsəri təqdim olunub. Həmçinin orkestr tərəfindən fransız bəstəkar, dirijor və piano ifaçısı Şarl-Kamil Sen-Sansın (Charles-Camille Saint-Saëns) əsərləri də ifa olunub. Orkestri meksikalı bədii rəhbər və baş dirijor Qabriela Dias Alatriste idarə edib.

Konsert proqramı maraqla qarşılanıb və əsərlərin ifası dinləyiciləri valeh edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti