...

YARAT və BEHANCE Portfoliolara Baxış Günü təşkil edirlər

Mədəniyyət Materials 12 May 2015 15:05 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluq hissi ilə yenidən Portfoliolara Baxış Günü təyin etdiyi barədə xəbər verir.
YARAT və BEHANCE Portfoliolara Baxış Günü təşkil edirlər

Azərbaycan, Bakı, 12 may /Trend/

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluq hissi ilə yenidən Portfoliolara Baxış Günü təyin etdiyi barədə xəbər verir. Bu tədbir Azərbaycanın püxtələşən istedadlarını müəyyən edib onları geniş beynəlxalq auditoriyaya təqdim etmək məqsədilə keçirilir.

Tədbir YARAT və BEHANCE təşkilatları arasında qurulmuş əməkdaşlığın nəticəsidir, çünki təşkilatların ikisi də gənc yaradıcı fərdləri birlikdə dəstəkləmək, həvəsləndirmək və yaradıcı potensiallarını tam gerçəkləşdirməyə imkanlar açmaq yolunda israrlıdır.

Behance - özünü təqdim etmək, o cümlədən məsləhət almaq və onlayn portfolio yerləşdirmək sahəsində ixtisaslaşan saytlar və xidmətlər şəbəkəsidir. O, yaradıcı fərdlərə öz əsərləri barədə məlumatı vahid bir platformada toplayıb daim yeniləşdirmək və beynəlxalq miqyasda təqdim etmək imkanı təklif edir.

Behance dünyanın hər yerində yerləşən könüllülər təşkilatları ilə əməkdaşlıq edərək, ildə iki dəfə Portfoliolara Baxış Həftəsi keçirir. Təşkilat ən çox ruhlanma nümayiş etdirən yaradıcı peşəkarları birləşdirərək, 2012-ci ildə təsis olunduğundan bəri səksənə yaxın ölkədə təxminən 1000 tədbir keçirib. Bu tədbirlər yaradıcı şəxslərə yeni-yeni həmfikirləri ilə əlaqə qurmağa, bununla da yaradıcı imkanlarını xeyli artırmağa çox qiymətli imkan verir.

YARAT Müasir İncəsənət Məkanı bu cür təşəbbüsləri həmişə dəstəkləyir. Hazırkı tədbir də Behance şəbəkəsi ilə ilk tərəfdaşlığı deyil.

Bu ilin Portfoiolara Baxış Günü zamanı 11 iştirakçının - Dima Turkanın, Şəbnəm Şükürovanın, Elnur Babayevin, Eltac Zeynalovun, Şərqiyyə Rəhmanovanın, Şamil Əsgərovun, Hadi Misrixanovanın, Chalk Studionun, Vüqar Naibin, Ayxan Xəlilovun və Bütünay Haqverdiyevin əsərləri təqdim olunur. Təqdimatdan əlavə, tədbirdə onların hazırkı sənət layihələrinin müzakirəsi də nəzərdə tutulub. Tədbirin sonunda isə peşəkar münsiflər heyəti (rəssam-dizayner Fəxriyyə Məmmədova, fotoqraf Sənan Ələsgərov, bir də rəssam və kinorejissor Teymur Daimi) tərəfindən qalib seçilən üç portfolio elan olunacaq.

Həvəsi olan hər kəs bu tədbirə gələ bilər:

Cümə günü, 15 may 2015-ci il, saat 19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi
Bayıl qəsəbəsi (Milli Bayraq meydanı yaxınlığında), Bakı, Azərbaycan

Giriş sərbəstdir

Əlavə məlumat üçün:
[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti