...

Dior “Yeni kolleksiyasını” təqdim etdi (FOTO)

Mədəniyyət Materials 13 May 2015 13:15 (UTC +04:00)
Mayın 12-də Nizami Kino Mərkəzində rejissor və ssenari müəllifi Friderik Çenqin çəkdiyi “Dior və Mən” sənədli filminin təqdimat mərasimi keçirilib.
Dior “Yeni kolleksiyasını” təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Mayın 12-də Nizami Kino Mərkəzində rejissor və ssenari müəllifi Friderik Çenqin çəkdiyi "Dior və Mən" sənədli filminin təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, geyim kolleksiyalarının hazırlanmasına adətən dörd aydan səkkiz aya qədər vaxt tələb olunduğu halda, "Dior Moda Evi"nin kreativ direktor postuna yeni təyin olunan belçika əsilli Raf Simonsa təzə kolleksiyanın hazırlamasına cəmi səkkiz həftə vaxt ayrılır...

"Dior və Mən" sənədli filmi, "Dior Moda Evi"nin pərdəarxası məqamlarından, kiçik vaxt kəsimi ərzində Raf Simonsa yeni ideyalarını realizə etməkdə yardım edən insanlardan bəhs edir.

Filmdə, "Dior Moda Evi" nin əməkdaşları Raf Simons, Marion Kotiyyar, Anna Vintur, Sidni Toledano, Piter Malye, Cenifer Lourens və Şeron Stoun çəkiliblər.

Təqdimat "L'OFFICIEL" - Azərbaycan jurnalının və Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti