...

Muzeylərdə və qoruqlarda "Açıq qapı" günü

Mədəniyyət Materials 13 May 2015 17:08 (UTC +04:00)
12-18 may 2015-ci il tarixləri üçün Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə layihəsi olan "Məktəblilər üçün muzey həftəsi - Muzeylər və Ekologiya" adlı proqramı təşkil edilib.
Muzeylərdə və qoruqlarda "Açıq qapı" günü

Azərbaycan, Bakı, 13 may /Trend/

12-18 may 2015-ci il tarixləri üçün Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə layihəsi olan "Məktəblilər üçün muzey həftəsi - Muzeylər və Ekologiya" adlı proqramı təşkil edilib. Bu tədbirin həyata keçirilməsində Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaxından iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, proqramın məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsi, insanla ətraf mühit arasında tarixi münasibətlərin öyrənilməsidir.

Bir həftə ərzində məktəblilər üçün Heydər Əliyev Mərkəzi, Müasir İnəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun ev-muzeyi, Miniatür Kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə xüsusi maarifləndirici marşrut və turlar hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə cari ilin 16, 17 və 18 may tarixlərində muzeylərdə və qoruqlarda "Açıq qapı" günü elan edilib.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildən başlayaraq 18 may tarixi bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Gününün keçirilməsində əsas məqsəd ictmaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir. Bu bayram xalqlar arasında mədəni mübadiləyə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.

Qeyd edək ki, 2015-ci il 18 may tarixi üçün ICOM "Muzeylər və cəmiyyətin davamlı inkişafı" mövzusunu seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti