...

"Nabat"ın mükafatı Kannda təqdim edildi

Mədəniyyət Materials 15 May 2015 21:34 (UTC +04:00)
Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun "Nabat" filmi "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.
"Nabat"ın mükafatı Kannda təqdim edildi

Azərbaycan, Bakı, 15 may /Trend/

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun "Nabat" filmi "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub.

Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür etmiş və festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti