...

Yaratdan unikal imkan: Muzeydə qeyri-adi gecə

Mədəniyyət Materials 19 May 2015 12:38 (UTC +04:00)
Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzi “Muzeydə Gecə” adlı tədbir təşkil etməklə Bakının bütün qonaqlarının və sakinlərinin diqqətini cəlb edəcək.
Yaratdan unikal imkan: Muzeydə qeyri-adi gecə

Azərbaycan, Bakı, 19 may /Trend/

Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzi "Muzeydə Gecə" adlı tədbir təşkil etməklə Bakının bütün qonaqlarının və sakinlərinin diqqətini cəlb edəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, "Muzeydə Gecə" - hər il keçirilən qeyri-adi bir aksiyadır və 40 ilə yaxındır intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində baş tutur.

Azərbaycanda bu aksiya artıq ikinci dəfədir keçirilir. Muzeylər üçün ənənəvi olan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, qonaqlar həm də, müasir muzeyin təhsil və fəal istirahət üçün hüdudsuz imkanları ilə tanış olacaqlar.

"Muzeydə Gecə" səhər saat 11-də başlayıb gecəyə kimi davam edəcək. Hər ziyarətçi özü üçün ürəyinə yatan məşğuliyyət tapacaq.
Həmin gün Mərkəz Sizin üçün ayrı aləmə çevriləcək.

"Muzeydə Gecə" proqramında:

Açıq səma altında yoqa dərsləri - peşəkar təlimatçılar Həmid Elsevər Həmidzadə və Səbinə Şahı tərəfindən keçiriləcək.

Kulinariya ustad dərsləri - baş aşpaz, "Qurmaniya" mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylidən.

Zumba Fitnes ustad dərsləri - Latın Amerika rəqsləri üzrə ikiqat Azərbaycan çempionu və "HARMONY DANCE STUDIO" rəqs studiyasının təsisçisi Fərid Mehdiyevdən.

Tarix və doğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirləri haqqında ən maraqlı nəqledən Fuad Axundov ilə görüş olacaq.

Müasir incəsənətin gənc peşəkarları və sadəcə həvəskarları, rəssam Çingiz Babayev, art-menecer Fərid Abdullayevdən və musiqişünas Cahangir Səlimxanovdan ekspert məsləhətləri ala biləcəklər.

Hələ bu da hamısı deyil. Bütün gecəni tanınmış DJ Panço qaynar musiqilərlə Mərkəzi həyəcana gətirəcək, film nümayişi, art-terapiya seansı və "VeloBaku" idman assosiasiyasından gəlmiş velosipedçilərin şousu olacaq.

"Muzeydə Gecə"-nin partnyorları: energetik içkilərin istehsalı üzrə dünya liderlərdən biri olan "Red Bull" şirkəti və Azərbaycanda təbii şirələrin iri istehsalçısı olan şirkətdir.

23 Mayda keçiriləcək bütün tədbirlərə giriş tamamilə sərbəstdir, amma ustad dərslərində iştirak etmək üçün gərək əvvəlcədən müraciət edib yazılasınız. Bunun üçün +99412 505 14 14 nömrəsinə zəng vurmaq və ya [email protected] ünvanına bildiriş göndərmək olar.
Tədbirdən daha ətraflı məlumatı Feysbuk səhifəsindən ala bilərsiniz https://www.facebook.com/events/1596805340587431/
Qaçırmayın. Muzey həyatına qatılın və onun sirlərini öyrənin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti