...

Uşaqlar üçün yeni tamaşa - “Çirkin ördək balası”...

Mədəniyyət Materials 22 May 2015 11:05 (UTC +04:00)
Uşaqlar üçün yeni tamaşa - “Çirkin ördək balası”...
Uşaqlar üçün yeni tamaşa - “Çirkin ördək balası”...

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni uşaq tamaşasını təqdim etməyə hazırlaşır.

Teatrdan Trend-ə verilən məlumata görə, görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

Yeni səhnə əsəri mayın 23-də saat 12.00 və 14.00-da, eləcə də ayın 24-də saat 12.00-da nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti