...

Norveçdə Azərbaycan etno-caz konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 26 May 2015 12:22 (UTC +04:00)
Norveçin paytaxtı Oslo şəhərində əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupunun konserti təşkil edilib.
Norveçdə Azərbaycan etno-caz konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Norveçin paytaxtı Oslo şəhərində əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupunun konserti təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşdiriliən və üç gün davam edən etno-caz konsertində "Cəngi" qrupu tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifaları maraqla qarşılanıb.

Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.

Oslo Meriyasının deputatı Gülay Kutal konsertdə çıxış edərək bildirib ki, belə layihələr Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, müxtəlif xalqlar arasında mədəni və dostluq əlaqələrinin güclənməsinə öz töhfəsini verir.

Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramlar eyni zamanda azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduğunu sübut edir. Diaspor rəhbəri gələcəkdə də Norveçdə Azərbaycan cazmenlərinin konsertini təşkil edəcəklərini deyib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilatı Milli Şurasının dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti