...

"Uğur kitabı"nın təqdimatı olub

Mədəniyyət Materials 30 May 2015 18:13 (UTC +04:00)
Azərbaycanlı tələbə Cəfər Mənsiminin ideya müəllifi və tərtibçisi olduğu "Uğur kitabı" Şimali Kiprdən sonra Azərbaycanda da işıq üzü görüb.
"Uğur kitabı"nın təqdimatı olub

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanlı tələbə Cəfər Mənsiminin ideya müəllifi və tərtibçisi olduğu "Uğur kitabı" Şimali Kiprdən sonra Azərbaycanda da işıq üzü görüb.

Trend-in məlumatına görə, bu gün kitabın təqdimatı olub. Təqdimatda millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, yazıçı və publisistlər iştirak ediblər.

Kitabın redaktoru jurnalist Arzu Soltandır. Ön sözü Şimali Kiprin prezidenti Dərviş Eroğluna aid olan kitab Doğu Akdeniz Universitetinin sponsorluğu ilə çap edilib. C.Mənsimi kitabı valideynlərinə və öz həyat müəllimi hesab etdiyi A.Soltana həsr etdiyini bildirib.

Təqdimatda Bakı Uşaq Teatrının hazırladığı "Qucaqla məni" tamaşası nümayiş olunub. Həmçinin arzulayan şəxslər "Uğur kitabı"nı əldə ediblər.

"Uğur kitabı"nın 111 müəllifi var. Belə ki, kitabda Azərbaycandan və Şimali Kiprdən olan prezident, nazir, millət vəkili, iş adamı, professor, rektor, müəllim, aktyor, bəstəkar, müğənni, rejissor, şair, psixoloq, hüquqşünas, jurnalist, yazıçı, tarixçi, QHT təmsilçisi, arxeoloq, PR-çı və başqaları uğur qazanmağın sirləri ilə bağlı təcrübələrindən danışıblar.

Sual-cavab formasında tərtib olunan kitabın məqsədi uğurla bağlı fərqli baxış bucaqlarını ortaya qoyaraq oxucuların həyatına istiqamət vermək, özlərini tanımalarına kömək etmək, yeni məqsədlər, yeni ideyalar formalaşdırmaqdır. Kitab həm də Azərbaycan və Şimali Kipr arasında ideya körpüsü qurmağa xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti