...

Bakıda rəssam Rəşad Mehdiyevin sərgisi keçiriləcək

Mədəniyyət Materials 8 Oktyabr 2015 19:09 (UTC +04:00)
Bakıda rəssam Rəşad Mehdiyevin sərgisi keçiriləcək.
Bakıda rəssam Rəşad Mehdiyevin sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Bakıda rəssam Rəşad Mehdiyevin sərgisi keçiriləcək. Bu barədə Trend-ə rəssam məlumat verib.

Oktyabr ayında Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı, Rusiya İmperator Akademiyasının fəxri akademiki, təsviri sənət üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti R.Mehdiyevin fərdi sərgisi açılacaq.

Sərgidə rəssamın yeni əsərləri, bir sıra qeyri-adi bədii əsərləri, heykəltəraşlıq nümunələri və instalyasiyaları nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti