...

Cavan Zeynallı filmə çəkilir

Mədəniyyət Materials 4 Fevral 2016 15:29 (UTC +04:00)
Cavan Zeynallı şair-dramaturq Ramiz Abdullayevin eyniadli pyesi əsasında Nail Naiboğlunun lentə aldığı "Pasport" filminə çəkilir.
Cavan Zeynallı filmə çəkilir

Bakı. Trend:

Cavan Zeynallı şair-dramaturq Ramiz Abdullayevin eyniadli pyesi əsasında Nail Naiboğlunun lentə aldığı "Pasport" filminə çəkilir.

Trend-in məlumatına görə, C.Zeynallı filmdə biznesmen obrazını canlandıracaq. C.Zeynallı film haqqında bunları deyib: "Mən SSRİ zamanında bir çox filmlərə çəkilmişəm. Müstəqil Azərbaycanda isə ilk dəfədir çəkilirəm. Mənim iki sənətim var - piano ifaçısı və müğənni. Aktyorluğa o qədər də marağım yox idi. Ona görə də çəkilmirdim. Amma Nail Naiboğlu məni inandıra bildi. Əslində, xoşuma gəldi. Dəvət etsələr, yenə çəkilərəm".

Qeyd edək ki, film komediya janrındadır. Filmdə rollardan birini əməkdar artist Naibə Allahverdiyeva ifa edəcək. Çəkilişlər Qobu kəndində aparılır. Film martda təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend, Day.Az və Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti