...

“Zəmanəsindən irəli getmiş şəxsiyyət – Nizami Gəncəvi 875” adlı musiqili ədəbi-bədii tədbir (FOTO)

Mədəniyyət Materials 9 Fevral 2016 13:23 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Xətai rayon Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Zəmanəsindən irəli getmiş şəxsiyyət –Nizami Gəncəvi 875” başlığı altında musiqili ədəbi-bədii tədbir keçirilib.
“Zəmanəsindən irəli getmiş şəxsiyyət – Nizami Gəncəvi 875” adlı musiqili ədəbi-bədii tədbir  (FOTO)

Bakı. Trend:

Fevralın 8-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Xətai rayon Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Zəmanəsindən irəli getmiş şəxsiyyət -Nizami Gəncəvi 875" başlığı altında musiqili ədəbi-bədii tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının kollektivi, oxucular, 95 və 261 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi, Azərbaycan Yazıçılar Birliyinin üzvləri "Qızıl qələm" mükafatı laureatı yazıçı Əzizə Ağahüseynqızı, Şərqiyyə Süleymanlı, Qəzənfər Məsimoğlu, "Qızıl qələm" mükafatçısı Tahirə Məğrur iştirak ediblər.

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Oruc Quliyev tədbirin böyük Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunduğunu qeyd edib, Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyeva isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzə edib .
Daha sonra Nizami Gəncəvinin yaradıcılığını əks etdirən şəkillərdən ibarət slaydlar nümayiş olunub.

Tədbirdə iştirak edən AYB-nin üzvləri çıxışlarında Nizami Gəncəvinin əsərlərində azadlıq, demokratiya, bərabərlik, qadın azadlığı, əmək, zəhmət, sülh məsələlərini tərənnüm etməsindən, dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən, bədii-emosional, estetik-fəlsəfi, həm də elmi-idraki fikirlərindən söz açıblar.

Tədbirin ədəbi - bədii hissəsində çıxış edən məktəblilər Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib, şagirdlər Ayan Əhmədli, Tural Mirzəyev və Mirqafar Kərimov Nizami Gəncəvinin "Kərpickəsən qocanın bir cavanla hekayəti"ndən kompozisiya nümayiş ediblər.
Tədbir gənc ifaçiların hazırladığı konsert proqramı ilə davam edib.

Tədbirin sonunda qonaqlar Nizami Gəncəvinin kitablarından ibarət sərgi və stendlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti