...

İtalyanlar "Xocalıda qırmızı mələk" tamaşasını təqdim edəcəklər

Mədəniyyət Materials 18 Fevral 2016 18:35 (UTC +04:00)
“Xocalıda qırmızı mələk” adlı tamaşa 24 fevral 2015-ci ildə Milan şəhərinin “Teatro Filodrammatici” teatrında səhnəyə qoyulub.
İtalyanlar "Xocalıda qırmızı mələk" tamaşasını təqdim edəcəklər

Bakı. Trend:

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın "Associazione Arci Bellezza" təşkilatının hazırladığı "Xocalıda qırmızı mələk" adlı tamaşa 24 fevral 2015-ci ildə Milan şəhərinin "Teatro Filodrammatici" teatrında səhnəyə qoyulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumata görə, Şura Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tamaşanın rejissor və aktyor heyətini Bakıya dəvət edib.

Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşanın premyerası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti