...

Fransalı musiqiçi muğam öyrənmək üçün dərslərə başlayıb

Mədəniyyət Materials 22 Fevral 2016 11:56 (UTC +04:00)
Azərbaycan muğamına olan sevgi fransalı musiqiçini Bakıya gətirib.
Fransalı musiqiçi muğam öyrənmək üçün dərslərə başlayıb

Bakı. Trend:

Azərbaycan muğamına olan sevgi fransalı musiqiçini Bakıya gətirib. Trend-ə verilən məlumata görə, Pierre de Treqomain muğam öyrənmək məqsədi ilə xanəndə Qoçaq Əsgərovun tələbələri sırasına yazılıb. Bu barədə xanəndə özü məlumat verib: "YUNESKO"nun eksperti Sənubər Bağırova mənə bildirdi ki, Fransada bir musiqiçi Azərbaycana gəlib, məndən muğam dərsi almaq istəyir. Razılıq verdim. Potensialı var. Başlanğıc olaraq ona "Rast", "Bayatı-şiraz"ı dəsgah şəklində öyrədirəm. Yaxınlarda isə "Qarabağ şikəstəsini və "Sarı gəlin" xalq mahnısını öyrədəcəm". Pedaqoq kimi çalışmıram, amma bu, birinci əcnəbi deyil ki, muğamlarımızı öyrənmək üçün mənə müraciət edir".

O, Q.Əsgərovu xarici səhnədə eşidib, Azərbaycan muğamlarını bu avazla sevən fransalı musiqiçi xanəndəmizdən öyrəndiklərini cazla sintez edəcəyini vurğulayıb.

"Bu çətin prosesdir,amma bacaracam. Qəzəlləri tərcümə edib, dərk edib, sonra oxuyuram" - deyən Pierre de Treqomain caz ifaçıalrından Əziz Mustafazadəni, muğam ifaçılarından isə Alim Qasımov və Qoçaq Əsgərovu tanıdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti