...

İSESKO üzrə Azərbaycanın Milli Komissiyasının Katibliyi yaradılıb

Mədəniyyət Materials 9 Mart 2016 13:58 (UTC +04:00)
2015-ci ilin 23-25 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş İSESKO 12-ci Baş Konfransı zamanı Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib.
İSESKO üzrə Azərbaycanın Milli Komissiyasının Katibliyi yaradılıb

Bakı. Trend:

2015-ci ilin 23-25 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş İSESKO 12-ci Baş Konfransı zamanı Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, İSESKO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, təşkilat ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında 14 yanvar 2016-cı il tarixli 1685 nömrəli Sərəncam imzalanıb. 25 yanvar 2016-cı il tarixində Milli Komissiyanın ilk toplantısı keçirilib.

Sərəncamın icrası və Milli Komissiyanın fəaliyyətinin təşkili məqsədilə İSESKO 12-ci Baş Konfransının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Katibliyi funksiyasının yerinə yetirilməsi Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə həvalə edilib, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO-nun İcraiyyə Şurasının üzvü Vasif Eyvazzadə İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi təyin edilib.

Həmçinin, qərara alınıb ki, Komissiyanın Katibliyi İSESKO Katibliyi ilə əlaqələndirmə işini həyata keçirsin, Komissiyanın ildə iki dəfə toplantısını təşkil etsin, Komissiyanın tərkibinə daxil olan digər qurumlarla birgə 2016-2018-ci illər üçün Tədbirlər Planının hazırlanmasını təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti