...

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevilya bərbəri" operası

Mədəniyyət Materials 12 Aprel 2016 18:04 (UTC +04:00)
Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevilya bərbəri" operası

Bakı. Trend:

Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin "Sevilya bərbəri" operasının tamaşası keçiriləcək.

Azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcəklər.

Teatrın ən istedadlı vokalçılarından Əməkdar artistlər İnarə Babayeva Rozina, Əkrəm Poladov doktor Bartolo, Səbinə Əsədova Berta, Xalq artisti Əli Əsgərov Don Bazilio və gənc solist Tural Ağasıyev isə Fiorello rollarını ifa edəcəklər.

Tamaşada əsas partiyalardan biri olan qraf Almaviva partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak ifa edəcəkdir. Fiqaro partiyasını isə Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti Vladimir Qromov ifa edəcəkdər.

Tamaşanı Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti