...

Bakıda "Karmen" yeni ifada

Mədəniyyət Materials 21 Aprel 2016 17:23 (UTC +04:00)
Mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcək.
Bakıda "Karmen" yeni ifada

Bakı. Trend:

Mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, klassik opera sənətinin nadir incilərindən biri olan bu operanı bakılı sənətsevərlər də çox sevir və hər dəfə fərqli ifalarda həvəslə dinləyirlər.

Mayın 1-də baş tutacaq tamaşada Xoze partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Andrey Romanenkonu dəvət etmişdir. Karmen rolunda isə istedadlı gənc vokalçı Çinarə Şirin çıxış edəcəkdir.

Tamaşada həmçinin Teatrımızın bir sıra solistləri - Xalq artisti Əli Əsgərov (Suniqo), Əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Anton Ferştandt (Eskamilio) və b. çıxış edəcəklər.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti