...

Filarmoniyada Fortepiano musiqisi axşamı keçiriləcək

Mədəniyyət Materials 11 May 2016 19:32 (UTC +04:00)
Mayın 19-u saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Fortepiano musiqisi axşamı keçiriləcək.
Filarmoniyada Fortepiano musiqisi axşamı keçiriləcək

Bakı. Trend:

Mayın 19-u saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Fortepiano musiqisi axşamı keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, konsertin solisti Rusiyadan gələn piano ifaçısı Olqa Domnina olacaq.

O.Domnina 7 yaşında musiqi ilə məşğul olmağa başlayıb. Bir çox beynəlxalq müsabiqələrin iştirakçısı olub. İtaliyanın San Bartolomeo Beynəlxalq müsabiqəsinin kaureatıdır. O, Qnesinlər adına Musiqi Akademiyasını "Qırmızı diplom"la bitirib. 2009-cu ildə Londonda Kral Akademiyasında (prof. Xemişa Milnanın sinfi) təhsilini davam etdirib. Həmin ildə Akademiyanın şurası tərəfindən O.Domnina "ən yaxşı solo ifaçısı" adına görə Mekferren mükafatına layıq görülüb.

O.Domnina bir çox məşhur musiqiçilərlə çıxışlar etmişdir: skripka ifaçıları Viktor Tretyakov və Yulian Raxlin, alt ifaçısı Pol Silvertorn və vilolonçel ifaçısı Tomas Karroll.

Moskva Konservatoriyasının Raxmaninov zalında, Stanislavski və Nemiroviç-Dançenko Dövlət Musiqi Teatrında, Palermoda Politeama teatrında və Amsterdamın "Concertgebouw" zalında, Zimbabvedə HİFA festivalında solo konsertlərlə çıxışlar edib. Hazırda pianoçu İsveçrədə CD albomu yazdırır.

2011-ci ilin oktyabr ayında Moskvada Beynəlxalq Musiqi Evində O.Domninanın ifasında bəstəkar Vladimir Geninın "Siferblat üçün yeddi melodiya" adlı fortepiano silsiləsinin dünya premyerası keçirilib. Fortepiano silsiləsi bəstəkar tərəfindən məhz O.Domnina üçün bəstələnib. Adı yuxarıda qeyd olunan əsər 2012-ci ildə CD diskə yazılıb.

Fortepiano musiqisi axşamının proqramı:

Q.Qarayev - V.Genin - "Yeddi gözəl" baletindən süita (fortepiano üçün işləmə, ilk ifa);
D.Şostakoviç - Prelüdlər № 2, 6, 17, 24, op.34;
G.Sviridov - V. Genin - "Zaman, irəli" simfonik süitası (fortepiano üçün işləmə, ilk ifa)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti