...

Mərakeş səfirinin poeziya gecəsi keçiriləcək

Mədəniyyət Materials 13 May 2016 11:16 (UTC +04:00)
Mayın 13-də “Söz” adlı ədəbi layihənin Mərakeş səfirinin poeziya gecəsinə həsr olunan tədbiri keçiriləcək.
Mərakeş səfirinin poeziya gecəsi keçiriləcək

Bakı. Trend:

Mayın 13-də "Söz" adlı ədəbi layihənin Mərakeş səfirinin poeziya gecəsinə həsr olunan tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami iştirak edəcək. Poeziya gecəsində Azərbaycan, ərəb və ingilis dillərində şeirlər səsləndiriləcək.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılmasına yönəldilib. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Bu, artıq "Söz" layihəsinin yeddinci tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti