...

"Nazlı"nın çəkilişləri davam edir (FOTO)

Mədəniyyət Materials 12 İyul 2016 19:59 (UTC +04:00)
"Nazlı" filmində baş rola çəkilən aktrisalardan birinin adı açıqlanıb. Bu, Xumar Səlimovadır.
"Nazlı"nın çəkilişləri davam edir (FOTO)

Bakı. Trend:

"Nazlı" filmində baş rola çəkilən aktrisalardan birinin adı açıqlanıb. Bu, Xumar Səlimovadır.

Trend-in məlumatına görə, filmin quruluşçu rejissoru Rəhman Rafiqoğlu X.Səlimovanı çox istedadlı və perspektvli aktrisa hesab edir: "O, film üçün tapıntıdır. Bu filmdə Xumarın göstərdiyi aktyorluq qabiliyyətini yüksək dəyərləndiririk. Oynadığı çətin obrazı çox məharətlə canlandırır. Əminəm ki, bu filmdən sonra X.Səlimova gənc qadın aktrisalar arasında birinci olacaq."

Qeyd edək ki, X.Səlimova “Zaratustra Film” şirkətinin simasıdır. O, "Üç bacı", "Babayevlər", "Həyat çiçəyi", "20-ci mərtəbə", "Bakı, mən səni sevirəm", "Əli və Nino" kimi bədii film və seriallarda rol alıb.

"Nazlı" romantik komediyasının çəkilişlərinin ikinci hissəsi Şamaxı rayonunda davam edir.

"Nazlı"nın ssenarisi R.Rafiqoğlu və Tural Fitat tərəfindən yazılıb. Quruluşçu rejissor R.Rafiqoğlu, quruluşçu operator isə Əli Sultanovdur. Filmin baş prodüseri Murad Məhərrəmlidir.

Xatırladaq ki, filmdə hələ ki adları açıqlanmayan 4 Xalq və 3 Əməkdar artist çəkilir.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti