...

Gəncə Dünya Kitab Paytaxtı ola bilər

Mədəniyyət Materials 14 İyul 2016 16:12 (UTC +04:00)
Gəncə Dünya Kitab Paytaxtı elan oluna bilər.
Gəncə Dünya Kitab Paytaxtı ola bilər

Bakı. Trend:

Gəncə Dünya Kitab Paytaxtı elan oluna bilər.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın böyük və qədim şəhərlərindən biri olan Gəncənin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir. Bununla bağlı sənədlər nazirlik və ölkəmizin YUNESKO yanında Daimi nümayəndəliyi ilə birgə hazırlanaraq YUNESKO-ya təqdim edilib.

YUNESKO Baş Konfransının 2 noyabr 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur. Dünya Kitab Paytaxtı konsepsiyası YUNESKO tərəfindən 1996-cı ildə elan olunmuş Dünya Kitab və Müəllif Hüququ Gününə əsaslanır. Kitab sənayesinin üç əsas sahəsini təmsil edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və YUNESKO-nun nümayəndələrindən ibarət komitə yaradılıb ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan-YUNESKO əlaqələri inkişaf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti