...

Azərbaycanlı məktəblilər Hollivud ulduzu Jennifer Anistonla görüşüblər (FOTO)

Mədəniyyət Materials 28 İyul 2016 20:18 (UTC +04:00)
14-25 iyul tarixlərində 3 məktəblidən ibarət qrup “Narimanfilm” kinostudiyasının dəstəyi ilə İtaliyada, Giffoni Beynəlxalq Film Festivalı (Giffony İnternational Film Festival) çərçivəsində keçirilən Giffoni Eksperiens layihəsində iştirak edib.
Azərbaycanlı məktəblilər Hollivud ulduzu Jennifer Anistonla görüşüblər (FOTO)

Bakı. Trend:

14-25 iyul tarixlərində 3 məktəblidən ibarət qrup “Narimanfilm” kinostudiyasının dəstəyi ilə İtaliyada, Giffoni Beynəlxalq Film Festivalı (Giffony İnternational Film Festival) çərçivəsində keçirilən Giffoni Eksperiens layihəsində iştirak edib.

"Narimanfilm"dən Trend-ə verilən məlumata görə, Giffoni Beynəlxalq Film Festivalı 46 il ərzində keçirilən və münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş məktəblilərdən ibarət olan festival kimi kino dünyasında bənzərsiz bir hadisədir.

Bu il Festivalda dünyanın 50-dən çox ölkəsindən 1000-ə yaxın məktəbli iştirak edib. Festival müddətində onlar 100-dən çox filmə baxaraq səsvermə vasitəsilə qalibləri seçiblər. Eyni zamanda, məktəblilər müxtəlif treninqlər və seminarlara qatılaraq peşəkar rejissorlar, aktyorlar, kino sahəsinin digər peşəkarları və dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparıblar

Məktəblilər festivalın qonağı olan məşhur Hollivud ulduzu Jennifer Anistonla da görüşmək imkanı əldə ediblər.

Festival Azərbaycanlı məktəblilər üçün böyük təcrübə və yeni dostlar qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti