...

Bakıda ilk dəfə "Ev heyvanlarının sirli həyatı" tamaşası

Mədəniyyət Materials 25 Avqust 2016 14:22 (UTC +04:00)
Moskvanın boy kuklaları şousu dekabrın 28, 29 və 30-da Bakıda yeni, lakin artıq sevilən "Ev heyvanlarının sirli həyatı" cizgi filminin motivləri əsasında əyləncəli tamaşa təqdim edəcək.
Bakıda ilk dəfə "Ev heyvanlarının sirli həyatı" tamaşası

Bakı. Trend:

Moskvanın boy kuklaları şousu dekabrın 28, 29 və 30-da Bakıda yeni, lakin artıq sevilən "Ev heyvanlarının sirli həyatı" cizgi filminin motivləri əsasında əyləncəli tamaşa təqdim edəcək.

Trend-in məlumatına görə, tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar.

Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Tamaşanın süjeti: Ev sahibi və ya sahibənin evdən çıxdığı zaman sevimli ev heyvanınızın nə ilə məşğul olduğunu heç fikirləşmisinizmi? O zaman bunu inanılmaz bütün həqiqətləri ilə öyrənməyə hazır olun!

Hadisə hər bir məhəllədə xeyli sayda ev heyvanının olduğu Nyu-Yorkda baş verir. Maks adi köpəkdir, hətta sirli həyat barədə belə düşünmürdü, hər gün isə qapının yanındakı xalçada sahibəsi Ketini itaətkarcasına gözləyirdi. Lakin bir gün Keti tək qayıtmır... O özü ilə küçədən sadə həyət itini gətirir. Təbii ki, bu iki ev heyvanı bir-birini heç sevmədi. Lakin onlar tezliklə ədavəti unutmağa məcbur olurlar, axı öyrənirlər ki, onları gizli təhlükə gözləyir! Xarici görünüşdən sevimli görünən, daxildən isə tam kinli olan dovşan Snejok sahibləri tərəfindən atılan ev heyvanlarından ibarət qorxulu böyük ordu toplayıb. Və o hələ də tox və qayğısız həyat sürən ev heyvanlarından qisas almaq üçün bu gizli qoşunu tezliklə hücuma keçirəcək.

Xəbərləri http://iticket.az/, Trend.az, Day.az və Milli.az saytlarında izləyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti