...

Yunus Oğuzun “Tamerlan” kitabı qırğız oxucularına elektron versiyada təqdim olunur

Mədəniyyət Materials 6 Oktyabr 2016 11:49 (UTC +04:00)
Yazıçı-publisist Yunus Oğuzun bu il mart ayının 10-da Qırğızıstan Prezidentinin bir nömrəli rezidensiyasında təqdimatı keçirilən “Tamerlan” adlı tarixi romanının Qırğızıstanda fəaliyyət göstərən turktoday.info saytında elektron versiyası yerləşdirilib.
Yunus Oğuzun “Tamerlan” kitabı qırğız oxucularına elektron versiyada təqdim olunur

Bakı. Trend:

Yazıçı-publisist Yunus Oğuzun bu il mart ayının 10-da Qırğızıstan Prezidentinin bir nömrəli rezidensiyasında təqdimatı keçirilən “Tamerlan” adlı tarixi romanının Qırğızıstanda fəaliyyət göstərən turktoday.info saytında elektron versiyası yerləşdirilib.

Kitabın elektron versiyası geniş oxucu kütləsinin heç bir maneə olmadan oxuması üçün nəzərdə tutulub. Kitab Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilərək nəşr olunub və pulsuz yayılıb. Türk dövlətçiliyi və idarəetmə ənənələrini özündə əks etdirən kitab oxucuların böyük marağına səbəb olub. Kitabın elektron versiyasını bu linkdən oxumaq olar: http://turktoday.info/biblioteka-kyrgyzstan.html

Qeyd edək ki, kitab bu il sentyabr ayında Moskvada keçirilən MDB beynəlxalq kitab müsabiqəsində Qran Pri mükafatına layiq görülüb. Mükafatın və diplomun Qırğızıstan XİN-in xətti ilə Bişkekə göndərilməsi nəzərdə tutulub. Yaxın günlərdə mükafat öz sahiblərinə təqdim ediləcək. “Tamerlan” kitabının, hələ bir neçə il bundan əvvəl fondun sifarişi ilə Bişkekdə rus dilində nəşr edilən versiyası da sayta yerləşdirilməsi nəzərdə tutulub

Xatırladaq ki Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun dəstəyi ilə nəşr olunan və ya tərcümə edilərək işıq üzü görən kitabların elektron versiyası sözügedən sayta yerləşdirilməsinə artıq bir müddətdir ki, start verilib. Bir müddət əvvəl saytda "Prezident İlham Əliyev" kitabının I-II və III cildləri rus dilində, Güntəkin Nəcəflinin "Azərbaycan XVIII-XIX əsrlər" kitabı rus dilində, Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması rus, qırğız,ingilis və azərbaycan dillərində, Bəxtiyar Tuncayın "Qafqaz Albaniyası əlyazma irsi" rus dilində, “Ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklər tarixi faktlarla” rus və ingilis dillərində, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl” kitabı qırğız və rus dillərində və s. kitabların elektron versiyası artıq sayta yerləşdirilib, oxucular artıq bu kitablarla tanış olurlar. Xüsusi vurğulamaq lazımdır ki bu günədək 85 kitabı müxtəlif dillərə tərcümə etdirərək, nəşr etdirib pulsuz yayan fondun əsas məqsədi Azərbaycan həqiqətlərini, ədəbiyyət və mədəniyyətini, Ulu Öndərimiz Heydər Əliyevin geniş irsinin, Prezidentimiz İlham Əliyevin apardığı siyasətin təbliğidir.

Hazırda fondun sifarişi ilə müxtəlif dillərə tərcüməsi tam hazır olan 15 kitab da bu yaxınlarda işıq üzü görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti