...

Azərbaycan xalçaları - "Xilas olunmuş eksponatlar" (FOTO)

Mədəniyyət Materials 22 Oktyabr 2016 14:17 (UTC +04:00)
Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib.
Azərbaycan xalçaları - "Xilas olunmuş eksponatlar" (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib.

Azərbaycan Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, tədbiri Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul əməkdaşı Bəxtiyar Muradov açaraq qeyd edib ki, xalçaçılıq sənəti bizim ən qədim tarixə malik olan sənət növüdür. Bizlərdə xüsusəndə gənclərimiz bu sənəti təblig etməli, yaşatmalı və gələcək nəsillərə ötürməkdə öz dəstəyini əsirgəməməlidir.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Layihənin tədris planı ölkəmizin bütün bölgələri üzrə 1 ay müddətində həyta keçirilməsi nəzərdə tutulub. Sonra "Xilas olunmuş eksponatlar" adlı jurnal gənclərə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti