...

Azərbaycan filmi Minsk Beynəlxalq Film Festivalında

Mədəniyyət Materials 25 Oktyabr 2016 09:56 (UTC +04:00)
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” Minsk Beynəlxalq Film Festivalına dəvət alıb.
Azərbaycan filmi Minsk Beynəlxalq Film Festivalında

Bakı. Trend:

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” Minsk Beynəlxalq Film Festivalına dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival 4-11 noyabr tarixlərində Belarusiyanın Minsk şəhərində baş tutacaq. “Dərs” festivalın “Listapadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək. “Listapadik” müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. “Dərs” Rusiyanın 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti