...

Batumidə Azərbaycan mədəniyyətinin təbliği üçün tədbirlər keçirilə bilər (FOTO)

Mədəniyyət Materials 9 Noyabr 2016 11:23 (UTC +04:00)
Batumi şəhər meriyasının aparatında Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad İsmayılov və Batumi şəhərinin meri Giorgi Yermakov arasında görüş keçirilib.
Batumidə Azərbaycan mədəniyyətinin təbliği üçün tədbirlər keçirilə bilər (FOTO)

Bakı. Trend:

Noyabrın 8-də Batumi şəhər meriyasının aparatında Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad İsmayılov və Batumi şəhərinin meri Giorgi Yermakov arasında görüş keçirilib.

Trend-in məlumatına görə, R.İsmayılov Batumi şəhərinin merinə Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb, Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki regionun siyasi, iqtisadi, turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Yaxın zamanlarda Batumi şəhəri ilə iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair müzakirələr aparılıb.

Sonda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti