...

Dövlət Filarmoniyasında muğam konserti keçiriləcək

Mədəniyyət Materials 14 Noyabr 2016 17:29 (UTC +04:00)
Noyabrın 28-də saat 19:00-da Dövlət Filarmoniyasında "Muğamat var olan yerdə" adlı konsert keçiriləcək.
Dövlət Filarmoniyasında muğam konserti keçiriləcək

Bakı. Trend:

Noyabrın 28-də saat 19:00-da Dövlət Filarmoniyasında "Muğamat var olan yerdə" adlı konsert keçiriləcək.

Filarmoniyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konsertdə muğam televiziya müsabiqəsinin laureatları Təyyar Bayramov, Eytiram Hüseyinov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Vəliyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Ayşən Mexdiyeva, Azad Şükürov, Nisbət Sədrayeva, Hüsniyyə Mürvətova cıxış edəcəklər.

"Muğam İnstrumental Ansamblı" müşayiət edəcək . Ansamblin rəhbəri Sahib Paşazadə (tar). Toğrul Əsədullayev (kamança), Çinarə Heydərova (qanun), Emin Cəbrayilov (nağara), Şəfa Kərimov (ud), Azad Əliməmmədovdur (balaban).

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və təsniflər səslənəcək.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti