...

"YARAT Friends" dostları ilə bayram axşamı keçirib (FOTO)

Mədəniyyət Materials 12 Yanvar 2017 21:33 (UTC +04:00)
"YARAT Friends" dostları ilə maraqlı proqramla bayram axşamı keçirib.
"YARAT Friends" dostları ilə bayram axşamı keçirib (FOTO)

Bakı. Trend:

YARAT Muasir İncəsənət məkanının nəzdində fəaliyyət gostərən “YARAT Friends” üzvlü platforması, öz üzvlərini bir araya yığaraq yeni 2017 ci ili qeyd etmək və eyni zamanda geridə qoyduqları ilə yekun baxış tədbiri olaraq hazırlanan maraqlı proqram ilə konseptual “Passage 1901” restoranında toplanıb.

Gecəni xüsusi çıxışı ilə açan YARAT Müasir İncəsənət mərkəzinin bədii direktoru Bjorn Geldhof platforma uzvlərini salamlayaraq “YARAT Friends” icmasının özəlliyindən və vacibliyindən danışıb. Tədbir gedişatında platformanın və eyni zamanda PR departamentinin direktoru Hökumə Kərimova ilin yekun hesabatı və videosunu təqdim edib.

Gecə üzvlərə özəl hazırlanan Alov və işıq saçan diod performansı, Mikayil Rəfiyevin və EminEminzadənin musiqili çıxışı, eyni zamanda Ilham Osmanovdan rəqs müsabiqəsi və eyni zamanda Elçin Quliyevin çıxışı ilə davam edib.

“YARAT Friends” üzvlük platforması tədbirinin tərəfdaşı, üzvlərin hər birinə təqdim etdiyi xüsusi hədiyyələri ilə "CHELEBI FURNITURE & DECOR" şirkəti olub.

"YARAT Friends" Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal bir platforma olub, məqsədi müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaq və müasir incəsənət sevərlərdən ibarət icma yaratmaqdır. Platforma üz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi "Art Travel" proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir. "Yarat Friends" icmasının üzvü olmaqla siz müasir incəsənət barədə biliklərinizi artırmaq, müasir incəsənətin inkişafına öz töhfənizi vermək və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə edəcəksiniz. "YARAT Friends" platformasına uzv olmaq istəyən hər kəs [email protected] ünvanı ilə və yaxud da YARAT mərkəzi ilə əlaqə saxlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti