...

Akademik Milli Dram Teatrda "Boy çiçəyi" təqdim olunacaq

Mədəniyyət Materials 9 Mart 2017 12:37 (UTC +04:00)
Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunacaq.
Akademik Milli Dram Teatrda "Boy çiçəyi" təqdim olunacaq

Bakı. Trend:

Martın 10-da saat 19:00-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşanın təqdimindən əvvəl 10 mart Azərbaycanda Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq. Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir. Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti