...

Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi" tamaşası təqdim olunub (FOTO)

Mədəniyyət Materials 13 Mart 2017 15:53 (UTC +04:00)
Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub.
Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi" tamaşası təqdim olunub (FOTO)

Bakı. Trend:

Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər. Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir. Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti