...

"PEPEE" və yaxud "FİKSİ" şouya biletini göstər və Pepee ile foto çəkdir

Mədəniyyət Materials 15 Mart 2017 12:37 (UTC +04:00)
"PEPEE" və yaxud "FİKSİ" şouya biletini göstər və Pepee ile foto çəkdir.
"PEPEE" və yaxud "FİKSİ" şouya biletini göstər və Pepee ile foto çəkdir

Bakı. Trend:

"PEPEE" və yaxud "FİKSİ" şouya biletini göstər və Pepee ile foto çəkdir. Aksiya 16 mart saat 15.00-da Park Bulvarda keçiriləcək. Bonus - mart ayının sonunadək "FİKSİ" şouya 10% Novruz endirimi. Bakıda Heydər Əliyev Sarayında Novruz bayramı ərəfəsində "Pepee" uşaq interaktiv tamaşası göstəriləcək.

Trend-in məlumatına görə, martın 18-19-da baş tutacaq tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Biletlərin sifarişi və arayışlar üçün telefon nömrəsi: (050) 354 90 54. "Multipasport" sahibləri biletləri 5% endirim ilə əldə edə bilərlər.

"Pepee" hazırda rəqs və oyunlarla müşayiət olunan ən populyar türk musiqili uşaq tamaşasıdır. Tamaşa milli xarakterli mahnı və rəqslərlə boldur. Uşaqlar mahnı və rəqslərdə səhnə hərəkətinin bərabərhüquqlu iştirakçılarına çevrilərək interaktiv oyunlarda ağıl və fərasətlərini göstərirlər.

Tamaşanın artıq birinci hissəsində səhnədəki ekranda musiqi sədaları altında fotoslaydlar fırlanır. Əsas qəhrəman Pepe məşhur Şuşunı kiçikyaşlı tamaşaçılara və onların valideynlərinə təqdim edir.

O, tamaşaçıları salamlayaraq konsertə başlayır. Uşaqlarla görüşə dəvət edilmiş Sila uşaqların necə tez böyüməli olduğuna dair mahnı ilə dərhal səhnəyə çıxır. Pepe və Sila mahnının illüstrasiyası kimi uşaqlarla ilin fəsillərinə uyğun gələn 4 oyun oynayırlar. "Salla Çalkala" və "Çişimiz Tuvalete" mahnılarının sədaları altında Leliko, Pepe və Sila ilə rəqslər tamaşanın birinci hissəsini yekunlaşdırır.
Tamaşanın ikinci hissəsi ekranda Pepe və Bebenin musiqili klipi ilə başlayır. Sanki ekranı parçalayaraq qəhrəmanlar öz balaca tamaşaçılarının gözləri qarşısında peyda olurlar. Onlar mahnılarında bizim kiçik qardaşlarımıza - heyvanlara olan sevgi, bir-birimizə olan sevgi və ən müxtəlif, lakin gündəlik həyatımızda bizi əhatə edən ən vacib məsələlər barədə nağıl söyləyirlər. Ekranda müxtəlif təsvirlər göstərilir və balaca tamaşaçılar "Aynısı - Farklısı Oyunu"nda oxşar əşyaları bir yerə toplamalıdırlar. Oyunun sonunda səhnəyə üzərlərində rəqəmlər təsvir olunmuş böyük şarlar çıxarılır. Animatorlar uşaqlarla birlikdə həmin şarlarla oynayırlar. Bebe intizar hissi haqqında "Özledim Seni" mahnısını ifa edir. Xalq oyunları və rəqslərinin mənası uşaqlara təfsilatı ilə izah edildikdən sonra onlar uşaqlarla birgə əl-ələ verib dövrə vururlar. Bununla da konsert başa çatır.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti