...

YARAT Ella Manjeyevanın ilk tammetrajlı filminin nümayişinə dəvət edir

Mədəniyyət Materials 4 Aprel 2017 12:20 (UTC +04:00)
YARAT rusiyalı rejissor Ella Manjeyevanın ilk tammetrajlı filminin nümayişinə dəvət edir.
YARAT Ella Manjeyevanın ilk tammetrajlı filminin nümayişinə dəvət edir

Bakı. Trend:

Aprelin 4-də YARAT Film Klubu gənc rusiyalı rejissor Ella Manjeyevanın "Qağayılar" (Rusiya, 2015) ilk tammetrajlı filminin nümayişinə dəvət edir.

Bu barədə Trend-ə YARAT-dan məlumat verilib.

Balıqçı ilə evli olan Elza Kalmıkiyada dəniz kənarında yerləşən kiçik bir kənddə yaşayır. O, ərindən boşanmaq istəyir, lakin naməlum bir qorxu onu bu addımı atmaqdan çəkindirir. Elzanın həyat yoldaşının qəfil vəfatı onun həyat, xoşbəxtlik və azadlıq anlayışlarını dəyişir.

Filmin təqdimatı bu gün saat 19:00-da olacaq. Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti