...

Muğam ustası Yaqub Məmmədovun həyat və yaradıcılığı anılıb

Mədəniyyət Materials 7 Aprel 2017 19:34 (UTC +04:00)
"Sirrlər xəzinəsi"nin növbəti tədbiri Ağcəbədi rayonunda keçirilib.
Muğam ustası Yaqub Məmmədovun həyat və yaradıcılığı anılıb

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Ağcəbədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriya və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan "Sirrlər xəzinəsi"nin növbəti tədbiri Ağcəbədi rayonunda keçirilib.

Tədbir görkəmli muğam ustası Yaqub Məmmədovun həyat və yaradıcılığına həsr olunur.

Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndələrindəndir. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahlarının, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanıb. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış edib. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələniblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin və Milli Kitabxanın birgə layihəsi olan "Sirrlər xəzinəsi" nin ilk iki tədbiri dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuliyə və XIX əsrin görkəmli şairəsi Xurşidbanu Natəvana həsr edilib və tədbirlər Beynəlxalq Muğam Mərkəzində və Milli Kitabxanada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti