...

Heydər Əliyev Sarayında "Dan ulduzu" ansamblının konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 19 Aprel 2017 13:34 (UTC +04:00)
Ötən gün Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının konserti keçirilib.
Heydər Əliyev Sarayında "Dan ulduzu" ansamblının konserti keçirilib (FOTO)

Bakı. Trend:

Ötən gün Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının konserti keçirilib.

Konsertdə Respublikanın Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, Zakir Əliyev, Rəşad İlyasov, müğənnilər Əli Mirəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nigar Şabanova, Zabitə Alıyeva, Arzu Əliyeva, Rövşən Əziz, Vüsalə Əsgərova, Emiliya Yaqubova, Səbinə Ərəbli və başqaları iştirak ediblər.

Konsertin bədii rəhbəri Əməkdar artist Tariyel Abbasov olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti