...

Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək - PROQRAM

Mədəniyyət Materials 21 Aprel 2017 11:46 (UTC +04:00)
Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.
Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək - PROQRAM

Bakı. Trend:

Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə 2017-ci il 23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər - Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella”, SSRİ Xalq artisti Yuri Temirkanov və başqaları iştirak edəcəklər.

Proqram:

Azərbaycan Dövlət Filarmoniyası, Saat 19:00

23 aprel – Festivalın açılışı, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

24 aprel – “Vyana-Berlin” Kamera Orkestrinin konserti (videoçəkilişə tədbirin yalnız ilk 10 dəqiqəsində icazə veriləcək, fotoçəkiliş isə qadağandır)

25 aprel – “Drezden Ştaatskapella”nın konserti (videoçəkilişə tədbirin yalnız ilk 10 dəqiqəsində icazə veriləcək, fotoçəkiliş isə qadağandır)

Heydər Əliyev Sarayı, Saat 19:00

26 aprel – Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin konserti

27 aprel – Festivalın təntənəli bağlanışı. Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin konserti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti