...

Heydər Əliyev Sarayından daha bir yenilik

Mədəniyyət Materials 26 Aprel 2017 14:25 (UTC +04:00)
Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqini istifadəyə verib.
Heydər Əliyev Sarayından daha bir yenilik

Bakı. Trend:

Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqini istifadəyə verib.

Məqsəd "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları, “Formula - 1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə Azərbaycana gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılara beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.

IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.

Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsi ilə Heydər Əliyev Sarayı haqqında və afişa bölməsində Sarayda keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya ala bilərlər.

İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının Facebook, İnstagram, Youtube səhifələrini və Sarayın saytını izləmək imkanı əldə edəcək və eyni zamanda, e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti