...

Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir

Mədəniyyət Materials 12 May 2017 18:55 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.
Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, layihədə 16 maydan 30 iyunadək Azərbaycan muğamları: Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər və Hümayun muğamları tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək.

Layihənin ilk konserti “Rast” muğamının ifası ilə 16 may tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Konsertdə əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov “Rast” ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər. Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.

Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti