...

Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 16 May 2017 19:27 (UTC +04:00)
Xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinə həsr edilmiş konsert keçirilib.
Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli bəstəkar, dirijor, librettoçu, xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinə həsr edilmiş konsert keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, konsert bəstəkarın adını daşıyan 23 nömrəli Onbirillik musiqi məktəbində baş tutub.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

Konsert görkəmli bəstəkarın əsərlərindən seçilmiş musiqi parçaları və onun “Qız qalası” baletindən fraqmentlərin nümayişi ilə başlayıb.

Daha sonra Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbinin istedadlı şagirdlərin ifasında S.Ələsgərov “Daimi hərəkət”, Niyazi “Xoreoqrafik vals”, T.Quliyev “Azərbaycana gəlsin”, F.Şubert “Ekspromt”, İ.Brams “Macar rəqsi №1”, V.A.Motsart “Rondo”, Villa Lobos “Polişinel” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti