...

Mədəniyyət və Turizm Nazirliyi turistlərə müraciət etdi

Mədəniyyət Materials 30 May 2017 12:39 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə, eləcə də ölkə daxilində səfər edən turistlərə müraciət edib.
Mədəniyyət və Turizm Nazirliyi turistlərə müraciət etdi

Bakı. İlhamə İsabalayeva – Trend:

Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə, eləcə də ölkə daxilində səfər edən turistlərə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır:

"Bununla əlaqədar bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq, şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər. Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti