...

Beynəlxalq Muğam Mərkəzində “Şüştər” və “Hümayun” muğamı səslənib (FOTO)

Mədəniyyət Materials 1 İyul 2017 17:31 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin “Şüştər” və “Hümayun” muğamı səslənib.
Beynəlxalq Muğam Mərkəzində “Şüştər” və “Hümayun” muğamı səslənib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya toplayıb.

Trend-in məlumatına görə, iyunun 30-da Beynəlxaql Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Şüştər” və “Hümayun” muğamları səslənib.

Mayın 16-da start verilən “Muğam axşamları” layihəsi “Şüştər” və “ Hümayun” muğamları ilə sona yetib. Muğamın şöbə və güşələrini xanəndələr Əməkdar artist Sevinc Sarıyeva, Əməkdar müəllim Qəzənfər Abbasov, Muğam Müsabiqəsinin laureatı Məhəbbət Səfərov ifa edib. Onları Xalq Çalğı alətələri ansamblı (tarda - Rəşad İbrahimov, kamançada - Təbriz Yusubov, udda - Xəyyam Həsənli, qanunda – Aysu Sadıqova, balabanda – Elnur Hüseynov, nağarada - Elnur Əliyev) müşayət ediblər.

“Şüştər“ və “Hümayun” yeddi əsas Azərbaycan muğamlarındandır. “Şüstər” lad etibarilə “Şur” muğamına daha yaxındır.

Muğamsevərlər tərəfindən gur alqışlar başa çatan konsert “Muğam axşamları” layihəsinin son tədbiri idi. Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdən muğam dinləyiciləri yeni-yeni layihələr, muğam konsertləri və tədbirlər ilə bir araya toplayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti