...

Qubada "Dostluq körpüsü" festivalı iştirakçılarının konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 13 İyul 2017 20:52 (UTC +04:00)
“Dostluq körpüsü” II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Quba rayonunda konsert proqramı ilə çıxış ediblər.
Qubada "Dostluq körpüsü" festivalı iştirakçılarının konserti keçirilib (FOTO)

Bakı. Trend:

“Dostluq körpüsü” II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Quba rayonunda konsert proqramı ilə çıxış ediblər.

Bu barədə Trend-ə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakıda 7-13 iyul tarixlərində “Dostluq körpüsü” II beynəlxalq folklor-rəqs festivalı keçirilir. Festivala Azərbaycanla yanaşı, Rusiya, İran, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları olmaqla, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Festivalın açılış konserti iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Festival çərçivəsində iştirakçılar Quba rayonunda olublar. İlk öncə Quba şəhəri icra hakimiyyətinin başçısı Yaşar Məmmədovla qrup rəhbərlərinin görüşü keçirilib, sonra Quba Soyqırımı Memorial Kompleksinə iştirakçılar üçün ekskursiya təşkil edilib. Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə Qubadakı “Yaşıl teatr”ına dostluq yürüşü təşkil edilib və orada iştirakçı qruplar təmsil etdikləri ölkələrin milli xalq rəqslərindən ibarət maraqlı konsert proqramı təqdim ediblər. Rəqqasların çıxışları tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, “Dostluq körpüsü” II beynəlxalq folklor-rəqs festivalına iyulun 13-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək qala konsertlə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti